Azərbaycanda vəzifəli şəxslərin xidməti otağından oğurluq edən şəxs tutulub

Azərbaycanda vəzifəli şəxslərin xidməti otağından oğurluq edən şəxs tutulub
# 25 oktyabr 2014 10:24 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Kəlbəcər rayon sakini Qurban Məhəmmədli şübhəli şəxs qismində saxlanılaraq Rayon Polis Şöbəsinə aparılıbvə üzərinə baxış zamanı 88 ədəd açar və 27 ədəd yaddaş kartı götürülüb.

Q. Məhəmmədlinin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun, cari ilin aprel - iyul ayları ərzində Tərtər şəhər İcra Nümayəndəliyinin inzibati binasında yerləşən rayon qeydiyyat şöbəsinin işçisi Elşən Quliyevin xidməti otağından 80 manat, yaddaş kartı, rayon Peşə Məktəbinin direktoru Faiq Məmmədovun xidməti otağından 500 manat, Qaçqınların və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsinin Tərtər rayon şöbəsinin işçisi Nazim Səfərovun xidməti otağından 330 manat və yaddaş kartı oğurlaması müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR