Zaqatalada 17 yaşlı qız dərmandan zəhərlənib - VİDEO

Zaqatalada 17 yaşlı qız dərmandan zəhərlənib - <span style="color: red;">VİDEO
# 17 iyul 2014 07:37 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatalada 17 yaşlı qız dərmandan zəhərlənib.

Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Danaçı kənd sakini, 1997-ci il təvəllüdlü Məleykə Zeynalabid qızı Abakova halsız vəziyyətdə xəstəxananın qəbul şöbəsinə daxil olub.

Həkim araşdırmasından sonra məlum olub ki, Məleykə Abakova yüksək dozada dərman içdikdən sonra zəhərlənib. Həkimlərin müdaxiləsindən sonra xəstənin vəziyyəti stabillləşib, müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR