Şənbə-bazar günləri Azərbaycanda 5 nəfər bədbəxt hadisə nəticəsində ölüb

Şənbə-bazar günləri Azərbaycanda 5 nəfər bədbəxt hadisə nəticəsində ölüb
# 14 iyul 2014 10:24 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. İstirahət günləri ölkə ərazisində 5 nəfər bədbəxt hadisə nəticəsində ölüb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 12-də Zaqatala rayonunun Əliabad qəsəbə sakini Gözəl Vəliyeva ağacdan yıxılıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

İyulun 12-də Bakı şəhər sakini, azyaşlı Ərtoğrul Osmanovu, iyulun 11-də isə Goranboy rayon sakini Elgiz Mahmudovu elektrik cərəyanı vurub və onların hər ikisi ölüb.

İyulun 13-də Bakı şəhər sakini Yunis Tağıyev Buzovna dəniz çimərliyində, Sumqayıt şəhər sakini Yusif İsmayılov isə Pirşağı dəniz çimərliyində çimərkən suda boğulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR