İSB üç sığorta tələbi üzrə ümumilikdə 15 min manat kompensasiya ödənişi edib

İSB üç sığorta tələbi üzrə ümumilikdə 15 min manat kompensasiya ödənişi edib
# 17 iyul 2014 09:32 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. İcbari Sığorta Bürosu (İSB) tərəfindən üç sığorta tələbi üzrə ümumilikdə 15 000 manat məbləğində kompensasiya ödənişi verilib.

İSB-dən “APA-Economics”ə verilən məlumata görə, 31 dekabr 2012-ci ildə Bakı şəhərinin Nizami rayonu ərazisində, 15 noyabr 2013-cü ildə Bakı şəhərinin Sabunçu rayonu ərazisində və 28 oktyabr 2012-ci ildə Kürdəmir rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisələrində ailə üzvlərinin vəfatı ilə əlaqədar Azərbaycan Respublikasının vətəndaşlarına hər hadisə üzrə ayrılıqda 5000 manat məbləğində kompensasiya verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR