Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb
# 03 noyabr 2015 08:58 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, noyabrın 2-i saat 18:40 radələrində, Suraxanı rayonu Hövsan qəsəbə ərazisində Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Amir Hacımuradov idarə etdiyi «BMW» markalı avtomobillə 1995-ci il təvəllüdlü Röyal Yarıyevi vurub. R.Yarıyev aldığı xəsarətlər nəticəsində, 3 saylı xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR