Nüşabə Sadıqlı: “Düşünürəm ki, Müsavatdan kənar bir hərəkatın yaradılması tapşırıqdır”

Nüşabə Sadıqlı: “Düşünürəm ki, Müsavatdan kənar bir hərəkatın yaradılması tapşırıqdır”
# 03 dekabr 2014 08:33 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Nüşabə Sadıqlı başqanlığa sabiq namizəd Qubad İbadoğlu və tərəfdarlarının “Azərbaycan Demokratiya və Rifah” (ADR) Hərəkatı yaratmasına münasibət bildirərkən deyib.

N. Sadıqlı bildirib ki, Müsavat Partiyasının Nizamnaməsində üzvlərin partiyadan kənar hər hansı qurum formalaşdırması nəzərdə tutulmur: “Bu hərəkatın yaradılması da təbii ki, Nizamnamənin əleyhinədir. Partiyanın içindən çıxan şəxslərin yaratdığı qurumların axırını zaman-zaman görmüşük. Məni maraqlandıran odur ki, onlar bu qurumun yaranmasına nə ehtiyac görürlər? Nə ilə bağlıdır bu qurum? Onlar sözlərini Müsavatda açıq-aşkar deyə bilirlər. Nə problemləri varsa da, həll olunur. Buna görə də bu qurumun yaradılmasının əleyhinəyəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR