Yol qəzasında xəsarət alan şəxsə kompensasiya ödənilib

Yol qəzasında xəsarət alan şəxsə kompensasiya ödənilib
# 01 may 2015 08:42 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. İcbari Sığorta Bürosu (İSB) tərəfindən növbəti kompensasiya ödənişi həyata keçirilib.

İSB-dən “APA-Economics”ə verilən xəbərə görə, 2014-cü il noyabrın 24-də Bakı şəhəri, Sabunçu rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində yüngül xəsarət alması ilə əlaqədar Azərbaycan Respublikasının vətəndaşına 750 manat məbləğində kompensasiya ödənilib.

Qeyd edək ki, kompensasiya ödənişi poçt vasitəsi ilə aprelin 30-da köçürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR