Dünya bazarında qızılın ucuzlaşması davam edir

Dünya bazarında qızılın ucuzlaşması davam edir
# 09 aprel 2015 06:33 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,15% - 17 902,51 bəndədək, S&P 500 0,27% - 2 081,90 bəndədək, NASDAQ 0,83% - 4 950,82 bəndədək artıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,35% - 6 937,41 bəndədək, Fransa CAC-40-ı 0,28% - 5 136,86 bəndədək, Almaniya DAX-ı 0,72% - 12 035,86 bəndədək ucuzlaşıb.

Asiya fond bazarında Nikkei 225 indeksi 0,75% - 19 938,87 bəndədək, Hang Seng 3,62% - 27,187,70 bəndədək artıb, Shanghai 1,24% - 3,945,24 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 5,80 dollar azalaraq 1 197,30 dollara, gümüş isə 0,10 dollar ucuzlaşaraq 16,36 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR