Vaşinqton: “ABŞ və Aİ Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini müzakirə edir”

Vaşinqton: “ABŞ və Aİ Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini müzakirə edir”
# 18 noyabr 2014 22:35 (UTC +04:00)

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bunu ötən gün brifinqdə Vaşinqton administrasiyasının yüksək vəzifəli nümayəndəsi bildirib.

Onun sözlərinə görə, qərb ölkələrinin liderləri Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi məsələsinin müzakirəsinə “G 20” sammitində başlanılıb: “Rusiyaya təzyiqin artırılması ilə bağlı növbəti addımlar və Ukraynaya əlavə yardımın ayrılması məsələsi müzakirə olunub. Bu addımların hər ikisinin atılması çox vacibdir”.

Bundan əvvəl Almaniya XİN rəhbəri Frank Valter Ştaynmayer Aİ ölkələrinin Rusiyaya qarşı əlavə sanksiyaların tətbiq etmək planlarının olmayacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR