Bakının Nizami rayonunda 5 maşın toqquşub - FOTOSESSİYA - VİDEO

Bakının Nizami rayonunda 5 maşın toqquşub - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 24 iyul 2014 22:55 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. Bakının Nizami rayonunda 5 maşın toqquşub. APA-nın məlumatına görə, qəzaya səbəb olan sürücü hadisə yerindən qaçıb.

Babək prospekti ilə şəhər istiqamətində hərəkət edən “Mersedes” markalı minik avtomobilinin sürücüsü maşını onunla eyni istiqamətdə hərəkət edən digər “Mercedes”ə çırpıb. Bundan sonra sürücü idarəetməni itirib və yolun əks tərəfinə keçən “Mercedes” KİA markalı avtomobilə çırpılıb. Arxadan gələn “Saipa” markalı avtomobil isə KİA-nı vurub.

Zəncirvari qəzanı törədən “Mercedes”in sürücüsü maşını hadisə yerində ataraq qaçıb. Qəza yerində araşdırma aparan Yol Patrul Xidmətinin əməkdaşları ilkin araşdırmadan sonra müəyyən ediblər ki, qəzaya yüksək sürət səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR