Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 1 İyun

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 1 İyun
# 01 iyun 2015 17:09 (UTC +04:00)
GÜNÜN ŞƏRHİ

Sanksiyaların vurduğu iqtisadi zərərdən sonra Avropa İttifaqının lider ölkələri Rusiya ilə ticarət münasibətlərini normallaşdırmaq yollarını araşdırır. Əslində yol məlumdur, sadəcə Avropa şirkətlərinin qarşısını kəsən Kremlə tətbiq olunan sanksiyalardır. O sanksiyalar ki, onları Birləşmiş Ştatların təzyiqi ilə Avropa Komissiyası tətbiq edib. O sanksiyalar ki, Rusiya qədər Avropa İttifaqı ölkələrinə zərər vurub. Və o sanksiyalar ki, onu tətbiq edən Birləşmiş Ştatların şirkətləri özləri bu qadağalara məhəl qoymur və Rusiya ilə ticarət münasibətlərini genişləndirir. Avropanı narazı salan məqam da budur. Avropalı siyasilər artıq anlamağa başlayıblar ki, ABŞ-ın sanksiyaları tətbiq etməkdə məqsədi Rusiyanı iqtisadi cəhətdən çökdürmək deyil, avropalıları Rusiya bazarından kənarlaşdırmaqdır. Amerika şirkətləri avropalılardan boşalan bazarı tez bir zamanda ələ keçirib və sanksiyalar dövründə Rusiya ilə ticarətin həcmini iki dəfə artırmağa nail olublar. Alman şirkətləri buna etiraz səsini ucaltsa da, itirdikləri mövqeləri bərpa etməyin nə qədər çətin olduğunu anlayır, reallıqla barışmalı olurlar. Reallıq isə bundan ibarətdir ki, avropalıların Rusiyadan üzr istəməyə üzü, Birləşmiş Ştatlara qarşı çıxmağa isə gücü yoxdur...
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR