“AGBank” fəaliyyətini dayandırması ilə bağlı yayılan məlumatlara münasibət bildirib

“AGBank” fəaliyyətini dayandırması ilə bağlı yayılan məlumatlara münasibət bildirib
# 19 noyabr 2014 13:52 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “AGBank” fəaliyyətinin dayandırılması ilə bağlı mətbuatda gedən yazılara münasibət bildirib.

Bankın İdarə Heyəti sədrinin müavini Əfqan Cəlilovun adından “APA-Economics”ə daxil olan məlumata görə, bu silsilədən yayılan məlumatlar şayiədir.

“Bu resurslar bankımız haqqında yazarkən heç bir mənbəyə istinad etməyiblər. Bankın bağlanmasına heç bir maliyyə, iqtisadi, hüquqi əsas da yoxdur. Son bir il ərzində bankın aktivləri 63,5 mln. manat və ya 12,4% artaraq 513,1 mln. manata çatıb. Aktivlərin həcminə görə bank ilk səkkizliyə daxildir. Bu dövr ərzində, Kredit portfeli 40 mln. manat artaraq 372.5 mln. manat, depozit portfeli isə 33.8 mln. manat və 11.1% artaraq 302.4 mln. təşkil edib. Hal-hazırda bankın məcmu kapitalı 53.4 mln. manatı keçib”, - deyə məlumatda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR