Azərbaycanın müdafiə naziri Mehdi Hüseynzadənin məzarını ziyarət edib

Azərbaycanın müdafiə naziri Mehdi Hüseynzadənin məzarını ziyarət edib
# 14 mart 2015 10:49 (UTC +04:00)

Bakı-APA. Sloveniya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu ölkənin Çepovan kəndində yerləşən qardaşlıq qəbiristanlığında dəfn olunmuş Sovet İttifaqı və Sloveniya Qəhrəmanı Mehdi Hüseynzadənin məzarını ziyarət edib.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən veridiyi məlumata görə, nümayəndə heyətinin üzvləri əfsanəvi qəhrəmanın şərəfinə ucaldılmış abidə önünə əklil qoyduqdan sonra, onun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Şempas qəsəbəsində yaradılmış muzeydə olublar.

Sonra müdafiə naziri Azərbaycan-Sloveniya Dostluq cəmiyyətinin, Sloveniya ictimaiyyətinin nümayəndələri, Mixaylo ilə çiyin-çiyinə döyüşmüş silahdaşları və yerli sakinlər ilə görüşüb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR