Böyük Britaniya mətbuatı İranın kosmosa meymun göndərməsi barədə xəbərin yalan olduğunu yazıb - FOTO

Böyük Britaniya mətbuatı İranın kosmosa meymun göndərməsi barədə xəbərin yalan olduğunu yazıb  - <span style="color: red;">FOTO
# 02 fevral 2013 16:22 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. Böyük Britaniya mətbuatı İranın kosmosa meymun göndərməsi barədə yaydığı xəbərlərin şübhəli olduğunu yazıb. APA-nın məlumatına görə, bunun üçün İran mətbuatında kosmosa göndərilən və geri qayıtdığı bildirilən meymunun şəkilləri bir-biri ilə müqayisə olunub. Nəticədə şəkillərdəki meymunun eyni olmadığı, hətta bir-birindən fərqləndiyi məlum olub. Belə ki, kosmosa göndərilən meymunun şəklində sağ gözünün üzərində bir xal olduğu və tüklərinin də açıq rəngdə olduğu görünür. Ancaq geri döndüyü bildirilən meymunun xalının olmadığı və tüklərinin də tünd rəngdə olduğu nəzərə çarpır. Böyük Britaniya mətbuatı yazır ki, ya İranın kosmosa göndərdiyi meymun ölüb, ya da bu layihə ümumiyyətlə, reallaşmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR