Bakıda intihara cəhdin qarşısı alınıb

Bakıda intihara cəhdin qarşısı alınıb
# 01 noyabr 2015 17:53 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda intihara cəhdin qarşısı alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda bir nəfərin beşmərtəbəli binanın 2-ci mərtəbəsinin eyvanına çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri vətəndaşla psixoloji söhbət aparıb və onu fikrindən daşındıraraq intihara cəhdin qarşısını alıblar. Vətəndaş aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR