Quba-Qusar yolunda baş verən yol qəzasında bir nəfər ağır xəsarət alıb

Quba-Qusar yolunda baş verən yol qəzasında bir nəfər ağır xəsarət alıb
# 27 dekabr 2012 08:05 (UTC +04:00)

Quba. Vəli Turan – APA. Bu gün səhər saatlarında Quba-Qusar yolunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba rayonunun Digah kəndi ərazisində “Hyundai” markalı minik avtomobili idarəetməni itirərək ağaca çırpılıb. Nəticədə sürücü, 1975-ci il təvəllüdlü Müşfiq Çələbizadə yaralanaraq avtomobildə sıxılmış vəziyyətdə qalıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasedici qrupu cəlb olunub. Sürücü avtomobildən çıxarılaraq Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR