Heydər Əliyev adına Tiflis Azərbaycan Dövlət Dram Teatrı Türkiyədə beynəlxalq festivalda uğurla çıxış edib - FOTO

Heydər Əliyev adına Tiflis Azərbaycan Dövlət Dram Teatrı Türkiyədə beynəlxalq festivalda uğurla çıxış edib - <span style="color: red;">FOTO
# 26 mart 2013 13:58 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Heydər Əliyev adına Tiflis Azərbaycan Dövlət Dram Teatrı 11-18 mart tarixlərində Türkiyənin Mərsin vilayətinin Tarsus şəhərində keçirilən 7-ci Beynəlxalq Türk Dünyası Teatr Günlərində iştirak edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, səfər çərçivəsində teatrın aktyorlarının ifasında nümayiş olunan Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-Vəziri-Xani-Lənkəran” komediyası böyük maraq və rəğbətlə qarşılanıb.

Tamaşanın rejissoru Namiq Valehoğlu APA-ya açıqlamasında səfərin teatrın Türk Dünyası miqyasında tanıdılması, ümumiyyətlə, Gürcüstanda inkişaf edən Türk-Azərbaycan mədəniyyətinin xaricdə təbliği baxımından mühüm əhəmiyyət daşıdığını bildirib: “Bundan sonra belə səfərlərimizin davam edəcəyinə daha çox ümidim var, çünki gənc aktyorlarımız olduqca savadlı və təcrübəli olmaqla yanaşı peşəkardır. Mən onların yaradıcılığına böyük ümidlər bəsləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR