İranda şaxtada baş vermiş qəzada 8 nəfər həlak olub

İranda şaxtada baş vermiş qəzada 8 nəfər həlak olub
# 20 dekabr 2012 04:39 (UTC +04:00)

Bakı-APA. İranın Tabas şəhəri yaxınlığında kömür şaxtasında qəza 8 nəfərin ölümü ilə nəticələnib. Bu barədə İRNA agentliyi məlumat yayıb.

Tabas şəhəri valisinin verdiyi məlumata görə, hadisəyə mədəndə baş vermiş qaz partlayışı səbəb olub. Partlayışdan sonra torpaq uçub və şaxtaçılar yerin altında qalıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR