Bakıda istifadə olunmayan klubda yanğın baş verib - FOTOSESSİYA - VİDEO

Bakıda istifadə olunmayan klubda yanğın baş verib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 11 aprel 2015 13:04 (UTC +04:00)

Bakı-APA. Bakının Nərimanov rayonu ərazisində yanğın baş verib.

APA-nın xəbərinə görə, hadisə Xətai prospekti 5 ünvanında qeydə alınıb. Həmin ünvanda hazırda istifadə olunmayan klubda yanğın başlayıb. Dərhal hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Qısa vaxtda yanğının qarşısı alınıb, alovun digər tikililərə keçməsinə imkan verilməyib. Yanğın nəticəsində klubun dam örtüyü 60, yardımçı tikilinin yanar konstruksiyaları isə 20 kv.m sahədə yanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR