Azərbaycanda 200-ə yaxın dəmiryolu stansiyasında bilet satış aparatı quraşdırılacaq

Azərbaycanda 200-ə yaxın dəmiryolu stansiyasında bilet satış aparatı quraşdırılacaq
# 17 iyun 2016 08:37 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "JCM Global" Azərbaycanda dəmiryolu stansiyalarında bilet satışı aparatlarının sayını artırmaq niyyətindədir.


"APA-Economics" xəbər verir ki, bu barədə şirkətin rəsmi səhifəsində məlumat yer alıb.

Bildirilir ki, şirkət Azərbaycan üzrə 200-ə yaxın dəmiryolu stansiyasında 1000 ədəd bilet satış aparatı quraşdırmağı planlaşdırır.

Bakı-Xırdalan-Sumqayıt dəmiryolu xətti üzərində yerləşən 2 stansiyada 15 bilet satışı aparatı və 40 turniket quraşdırılıb.

Şirkətin baş meneceri Payam Zade Bakı-Xırdalan-Sumqayıt dəmiryolu marşrutu kimi bir layihədə iştirak etməkdən məmnunluğunu bildirib. "Avropa və dünya üzrə nəqliyyatda təhlükəsizlik, etibarlılıq baxımından "iPRO-RC"-dən istifadə olunur", - deyə şirkət rəsmisi qeyd edib.

Qeyd edək ki, "JCM Global" bank, köşk, əyləncə mərkəzləri üçün texnoloji əməliyyat sistemlərini quraşdıran dünyada lider şirkətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR