Azərbaycan kondensat qazı ixracını artırıb, təbii qaz və elektrik enerjisi ixracını azaldıb

Azərbaycan kondensat qazı ixracını artırıb, təbii qaz və elektrik enerjisi ixracını azaldıb
# 18 mart 2015 12:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi yanvar-fevral ayları üçün təbii qaz, qaz kondensatı və elektrik enerjisinin ixracı haqqında məlumatları açıqlayıb.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən verdiyi məlumata görə, bu ilin yanvar-fevral aylarında sayğac göstəriciləri əsasında Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 359 468,6 kubmetr qaz kondensatı ixrac edilib. Bu, 2014-cü ilin iki ayı ilə müqayisədə 5,04% çoxdur.

Belə ki, ötən aylar ərzində Azərbaycandan xarici ölkələrə 1 610 345,0 kubmetr təbii qaz ixrac edilib ki, bu da ötən ilin iki ayı ilə müqayisədə 3,06% azdır.

Yanvar-fevral aylarında 67 795,8 min kVt/s elektrik enerjisi ixrac edilib ki, bu da ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 3,8 dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR