Penitensiar Xidmətin Mühafizə Alayında müşavirə keçirilib - FOTO

Penitensiar Xidmətin Mühafizə Alayında müşavirə keçirilib - <span style="color: red;">FOTO
# 11 oktyabr 2014 13:47 (UTC +04:00)

Bakı-APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Nizaməddin Cəlilov Mühafizə alayının komandanlığı və bölük komandirlərinin iştirakı ilə müşavirə keçirib. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, müşavirə Mühafizə alayının fəaliyyəti üzrə göstəricilərin yaxşılaşdırılması və qarşıya qoyulmuş vəzifələrin icrasına həsr olunub. Rəis müavini çıxış edərək xidməti intizamın möhkəmləndirilməsi, döyüş xidməti nizamnaməsinin tələblərinə ciddi əməl olunması, həqiqi hərbi xidmət keçən əsgərlərə diqqət və qayğının artırılmasına dair tapşırıq və tövsiyələrini verib.

Müşavirədən sonra N.Cəlilov xidmətə yeni başlayan gənc əsgərlərlə görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR