Ermənistan Silahlı Qüvvələri yanvar ayında atəşkəsi 127 dəfə pozub

Ermənistan Silahlı Qüvvələri yanvar ayında atəşkəsi 127 dəfə pozub
# 01 fevral 2013 11:16 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Cari ilin yanvar ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən qoşunların təmas xəttində atəşkəs rejimi 127 dəfə pozulub. APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, atəşkəsin pozulması zamanı Azərbaycan tərəfindən itki olmayıb.

Atəşkəs pozuntularının 85%-i Qarabağ cəbhəsi istiqamətində baş verib. Ötən ay atəşkəs rejimi daha çox cəbhənin Ağdam rayonu istiqamətində qeydə alınıb. Ermənistan Ordusunun bölmələri tərəfindən yanvar ayında qeyd olunan istiqamətdə atəşkəs rejimi 55 dəfə pozulub.

Atəşkəsin pozulma faktlarının çoxluğuna görə sonrakı yerdə Füzuli (26) rayonu gəlir.

Bundan başqa, atəşkəs rejimi yanvar ayında Xocavənd rayonu istiqamətində 14, Tərtər rayonu istiqamətində 12, Goranboy rayonu istiqamətində 11, Qazax rayonu istiqamətində 4, Tovuz rayonu istiqamətində 3, Gədəbəy rayonu istiqamətində 1 və Cəbrayıl rayonu istiqamətində 1 dəfə olmaqla pozulub.

Cəbhədə atəşkəs pozuntularının sayı 2012-ci ilin yanvar ayı ilə müqayisədə 31,4% artıb (ötən ilin yanvarında bu göstərici 87 fakt olub).

Qeyd edək ki, 2012-ci ildə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejimi iyun ayının ilk ongünlüyündə cəbhənin bütün istiqamətlərində gedən aramsız döyüşlər istisna olmaqla, 1480 dəfədən artıq pozulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR