Prokuror Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxslərə cəza istəyib

Prokuror Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxslərə cəza istəyib
# 18 may 2015 09:02 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Hüseyn Məmmədov və Nicat Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərin hər birinin 15 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

Məhkəmə prosesi mayın 22 - də davam edəcək.

Qeyd edək ki, hər iki şəxs Suriyada terror qruplaşmalarının tərkibində döyüşlərdə iştirak etməkdə təqsirləndirilirlər. Onlar Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR