MSK sədri: "Milli Məclisdə bir yer uğrunda altı namizəd mübarizə aparır" - VİDEO

MSK sədri: "Milli Məclisdə bir yer uğrunda altı namizəd mübarizə aparır" - <span style="color: red;">VİDEO
# 31 oktyabr 2015 12:59 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sabah saat 8:00-dan etibarən 5 milyon 200 minə yaxın seçici səsvermə prosesində iştirak edəcək.

MSK sədri xatırladıb ki, Milli Məclisdə 125 yer uğrunda 767 namizəd mübarizə aparacaq.

"Ən çox namizəd olan dairədə 12, ən azı namizəd olan dairədə isə 3 namizəd var. Seçkilərdə 15 siyasi partiya birbaşa partiya olaraq, 7 partiya isə “Azadlıq-2015” seçki bloku ilə iştirak edir. Çox sevindirici haldır ki, Milli Məclisdə bir yer uğrunda təxminən altı namizəd mübarizə aparır", - deyə M. Pənahov qeyd edib.

MSK sədri əlavə edib ki, 1000 seçki məntəqəsinə veb-kameralar quraşdırılıb: "MSK-nın saytına daxil olmaqla hər bir şəxs məntəqələrdəki seçki prosesini izləyə biləcək. Bu il quraşdırılan kameralar əvvəlkilərdən çox keyfiyyətlidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR