"A-Qroup" sığorta şirkəti aktivlərini və məcmu kapitalını azaldıb

"A-Qroup" sığorta şirkəti aktivlərini və məcmu kapitalını azaldıb
# 13 mart 2015 07:54 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin yanvarın 1-nə “A-Qroup Sığorta Şirkəti” ASC-nin aktivləri 18 735 853,73 manat təşkil edib ki, bu da 2014-cü ilin eyni dövrünə nisbətən 8,61% azdır.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə şirkətin məcmu kapitalının həcmində də azalma qeydə alınıb. Belə ki, müqayisə olunan dövrdə şirkətin məcmu kapitalı 18% azalaraq 8 332 231,18 manat olub.

2014-cü ildə şirkətin cəmi gəlirləri 13 477 797,24 manat, cəmi xərcləri isə 11 165 231,6 manat təşkil edib. Şirkət ötən ili 1 850 052,51 manatlıq xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR