Fəaliyyəti dayandırılan liseylərdə təhsil alanların valideynləri Bakı Özəl Türk Liseyinin qarşısında aksiya keçiriblər

Fəaliyyəti dayandırılan liseylərdə təhsil alanların valideynləri Bakı Özəl Türk Liseyinin qarşısında aksiya keçiriblər
# 26 iyul 2014 11:13 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin fəaliyyəti dayandırılan ümumtəhsil müəssisələrinin şagirdlərinin valideynləri Bakı Özəl Türk Liseyinin qarşısında aksiya keçiriblər.

Valideynlərin APA-ya verdiyi xəbərə görə, onlar liseylərdə təhsil alan övladlarını hansısa məktəbə yerləşdirə bilmədiklərinə etiraz ediblər. 50-yə yaxın valideynin iştirak etdiyi aksiyada nazirlik tərəfindən şagirdlərin təhsillərini davam etdirmələri üçün köməklik göstərməsi xahiş edilib.

Valideynlər Təhsil Nazirliyinə tabe olan məktəblərlə fəaliyyəti dayandırılan liseylərin sistemlərinin müxtəlif olduğu vurğulayaraq bu səbəbdən şagirdləri həmin məktəblərə yerləşdirməyin mümkün olmadığı qeyd ediblər. Təhsil Nazirliyindən xahiş olunub ki, bunu nəzərə alaraq liseylər nazirliyin nəzdinə keçirilsin və indiyə kimi təhsil almış şagirdlər təhsillərini başa vurana kimi fəaliyyət göstərsinlər.

Valideynlər müraciətləri ilə əlaqədar Təhsil Nazirliyinə getmək istəsələr də, şənbə günü olduğundan nazirlikdə iş günü olmadığı məlum olub.

Valideynlər qeyd edib ki, Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin 4000 şagirdindən yalnız 300-ü müxtəlif məktəblərə yerləşdirilib. Məktəblərə yerləşdirilənlər isə əsasən liseylərin aşağı siniflərində oxuyanlar və 7-ci sinfə yeni qəbul olunanlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR