Afinada TAP qaz kəmərinin tikintisinə dair hökumətlərarası saziş imzalanıb

Afinada TAP qaz kəmərinin tikintisinə dair hökumətlərarası saziş imzalanıb
# 13 fevral 2013 12:21 (UTC +04:00)

APA-Economics”in Yunanıstan Xarici İşlər Nazirliyinə istinadən verdyi xəbərə görə, sazişi bu ölkənin xarici işlər naziri Dimitris Avramapulos, Albaniya baş nazirinin müavini Edmont Xadjinasto və İtaliyanın iqtisadi inkişaf naziri Korrado Passera imzalayıblar.

Bundan başqa, mərasimdə Azərbaycanın sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov, “Şahdəniz II” konsorsiumuna daxil olan şirkətlərin və TAP konsorsiumu üzrə tərəfdaşların – “EGL” (İsveçrə), “Statoil” (Norveç) və “E.ON Ruhrgas” (Almaniya) şirkətlərinin nümayəndələri də iştirak ediblər.

Qeyd edək ki, TAP layihəsinin əsas mənbəyi «Şahdəniz»in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. Proqnozlara əsasən, ikinci fazada hasilata 2017-ci ildə başlanacağı gözənilir və TAP kəmərinin tikintisinə 3 il lazım olacaq. İlkin mərhələdə qaz kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq, daha sonra isə həcm 20 mlrd. kubmetrədək artırılacaq.


Uzunluğu 520 km olacaq kəmər Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi isə İtaliyaya çatdıracaq. Layihənin ümumi dəyəri təxminən 1,5 mlrd. avro təşkil edir.


Xatırladaq ki, artıq ITGI və «Nabucco» üzrə də Azərbaycan tərəfinə təkliflər təqdim olunub. Ümumiyyətlə, «Cənub dəhlizi»nə TAP, ITGI (Türkiyə-Yunanıstan-İtaliya), AGRI (Azerbaijan-Georgia-Romania) və «Nabucco» layihələri daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR