Türkiyənin Makina və Kimya Sənayesi Təşkilatının nümayəndə heyəti Azərbaycanda səfərdədir

Türkiyənin Makina və Kimya Sənayesi Təşkilatının nümayəndə heyəti Azərbaycanda səfərdədir
# 05 fevral 2013 10:35 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov-APA. Türkiyənin Makina və Kimya Sənayesi Təşkilatının (MKE) baş direktoru İzzət Artunçun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. APA-nın məlumatına görə, fevralın 4-də başlamış səfər çərçivəsində MKE nümayəndə heyəti Azərbaycanın hərbi qurumlarında bir sıra görüşlər keçirib.


Nümayəndə heyətindən APA-ya verilən məlumata görə, səfər tanışlıq məqsədi daşıyır və bu, İ. Artunçun MKE rəhbəri vəzifəsində Azərbaycana ilk səfəridir. Səfərdə birgə layihələrin reallaşdırılması məsələləri müzakirə olunur.

Hazırda Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə MKE ilə bir sıra silah, artilleriya sistemlərinin və mühəndis vasitələrinin birgə istehsalı layihələri mövcuddur.


Əməkli vitse-admiral İ. Artunç bundan əvvəl Türkiyə Sahil Mühafizəsinin komandanı olub. O, 2012-ci ilin mart ayında MKE-yə baş direktor təyin edilib.

Qeyd edək ki, MKE Türkiyə müdafiə sənayesinin ən qədim qurumlarından biridir. Bu təşkilatın əsasını İstanbulun fəthindən sonra Sultan Mehmet Fateh tərəfindən yaradılmış Topxana təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR