ADU-da “31 mart soyqırımı beynəlxalq aləmdə” adlı tədbir keçirilib

ADU-da “31 mart soyqırımı beynəlxalq aləmdə” adlı tədbir keçirilib
# 01 aprel 2013 09:56 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Dillər Universitetində (ADU) “31 mart soyqırımı beynəlxalq aləmdə” adlı tədbir keçirilib.

ADU mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir ADU TGT və ADU TGT Vətənpərvərlər Klubunun təşəbbüsü ilə baş tutub.

Tədbirdə universitetin tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev, Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Məcid Əliyev, “Azərbaycan tarixi, fəlsəfə və sosial-siyasi elmlər” kafedrasının müdiri, dosent Ədalət Abdıyeva, kafedranın müəllimləri və tələbələr iştirak edib. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra prorektor Ələddin Əliyev 31 mart soyqırımının Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilmiş qanlı cinayətlərdən biri olduğunu bildirib.

Professor Məhəmməd Teymurlu həmin dövrdə qana boyanmış Bakı küçələrinin dəhşətli bir sərgini xatırlatdığını deyərək xalqın başına acılan oyunları, ermənilərin Şaumyanın başçılığı ilə Bakı, Lənkəran, Kürdəmir, Qarabağın bir çox yerlərində əhalini ucdantutma qırdıqlarını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Bu faciələrin dünyaya çatdırılması, azərbaycanlılara qarşı olan soyqırımın beynəlxalq səviyyədə tanıdılmasının vacib olduğunu deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR