Zaqatalada Lex Kaçinskinin ölümünün 3-cü ildönümünə həsr olunmuş musiqili slayd hazırlanıb - FOTO

Zaqatalada Lex Kaçinskinin ölümünün 3-cü ildönümünə həsr olunmuş musiqili slayd hazırlanıb - <span style="color: red;">FOTO
# 10 aprel 2013 08:14 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Zaqatalada Polşanın sabiq prezidenti, mərhum Lex Kaçinskinin xatirəsinə həsr olunmuş musiqili slayd hazırlanıb. Bu barədə APA-ya tarixçi etnoqraf Cahangir Soltanov məlumat verib. Onun sözlərinə görə, müəllifi olduğu musiqili slayd Zaqatala şəhərində bir əsrdən artıq mövcud olan polyak icması haqqındadır.

C. Soltanov qeyd edib ki, 1830 - 31-ci illər Varşava üsyanının məğlubiyyətindən sonra Çar Rusiyası üsyançı polyakları dəstələrlə Cənubi Qafqaza sürgün edib. Sürgün XIX əsrdə polyakların Rusiya imperiyasına qarşı sonuncu – 1863 - 64 illər üsyanından sonra da davam edib. Sürgün edilmiş üsyançı polyakların Cənubi Qafqazda ən çox dislokasiya olunduğu yer Zaqatala qalası olub. Slayd məşhur polyak bəstəkarı Mixal Kleofas Oqinskinin “Polonez Oqinski – Vətənlə vidalaşma” musiqisi ilə müşayiət olunub.

Slaydda, həmçinin Zaqatala bölgəsinin flora və faunasını elmi cəhətdən ilk dəfə tədqiq etmiş ata və oğul Mlokoseviçlərlə bağlı sənədlər, üzərində polyakların ən qədim simvollarından olan su pərisi həkk edilmiş əşyalar nümayiş olunur.

C. Soltanov bildirib ki, slaydın Zaqatala muzeyində də nümayişi nəzərdə tutulur.

Qeyd edək ki, Polşa prezidenti Lex Kaçinski 2010-cu il aprelin 10-da Rusiyanın Smolensk vilayətində təyyarə qəzasında həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR