Belarusda Avropa İttifaqına qanunsuz şəkildə miqrant keçirmək istəyən azərbaycanlı saxlanılıb

Belarusda Avropa İttifaqına qanunsuz şəkildə miqrant keçirmək istəyən azərbaycanlı saxlanılıb
# 27 avqust 2015 13:03 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Belarusda avtomobili ilə bir qrup adamı Litva ərazisinə keçirmək istəyən azərbaycanlı saxlanılıb.

APA-nın “Soyuz.by” saytına istinadən verdiyi məlumata görə, 26 avqust tarixində Belarus sərhədçiləri Belarus-Litva sərhədindən 8 km uzaqlıqdakı Raduta kəndində Azərbaycan vətəndaşının idarə etdiyi “Nissan” markalı avtomobili dayandırıblar. Sürücü minik avtomobilində özündən başqa heç kəsin olmadığını iddia etsə də, sərhədçilər avtomobilin salonunda daha altı nəfər aşkar ediblər. Onlardan ikisi Çeçenistandan olan Rusiya vətəndaşı, dördü isə Vyetnam vətəndaşı olub. Saxlanılan şəxslər yolu azdıqlarını bildiriblər. Lakin avtomobilin yük yerində şəxsi əşyalarla dolu çamadanların aşkarlanması ilə onların əvvəlcədən planlaşdırılmış şəkildə, qeyri-leqal yolla Avropa İttifaqı ərazisinə keçmək istədikləri bəlli olub. Sərhəd pozucuları Smorqon Sərhəd Qrupununun müvəqqəti saxlanma təcridxanasına aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR