Azərbaycan əhalisinin gəlirləri 5% artıb

Azərbaycan əhalisinin gəlirləri 5% artıb
# 15 dekabr 2014 09:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əhalinin gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,7% artaraq 33,6 mlrd. manata çatıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, onun hər nəfərə düşən həcmi 3573,3 manat və ya orta hesabla ayda 324,8 manat təşkil edib.

Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 1,9% bəndi üstələyərək 3,4% olub.

Bu dövr ərzində ölkə əhalisi gəlirlərinin 69,5%-ni son istehlak xərclərinə, 9,1%-ni vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,6%-ni kreditlər üzrə faizlərin ödənilməsinə sərf edib, 18,8%-ni isə yığıma yönəldib. Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 30,6 mlrd. manat həcmində və ya əvvəlki ildəkindən 5,1% çox vəsait qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR