Astara rayonunun həkim briqadası ucqar dağ kəndində sakinləri müayinə ediblər - FOTOSESSİYA

Astara rayonunun həkim briqadası ucqar dağ kəndində sakinləri müayinə ediblər  - <span style="color: red;">FOTOSESSİYA
# 01 noyabr 2014 21:18 (UTC +04:00)

Astara. Ağəddin Babayev – APA. Astara Rayon İcra Hakimiyyətinin (RİH) və Mərkəzi Rayon Xəstəxananın (MRX) təşəbbüsü ilə peşəkar həkim və tibb işçilərindən ibarət geniş tərkibli səyyar briqada rayon mərkəzindən 40 kilometr uzaqlıqda, ucqar dağlıq ərazidə yerləşən Pəlikəş kəndində yerli sakinlərin müayinəsini təşkil edib. APA-nın cənub bürosunun məlumatına görə, Astara MRX-nın baş həkimi, tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Tibb Universitetinin dosenti Əlövsət Əliyevin rəhbərlik etdiyi briqada gün ərzində Pəlikəş inzibati ərazi nümayəndəliyinə daxil olan kəndlərin yüzlərlə sakinini müayinə edərək, onlara yerindəcə müvafiq tibbi yardım göstəriblər. Sakinlərə həmçinin müasir tibbi avadanlıqların (UZİ) xidmətindən istifadə etməyə də şərait yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR