FHN DYNX bölgələrdə seminar-müşavirə keçirib

FHN DYNX bölgələrdə seminar-müşavirə keçirib
# 30 oktyabr 2014 10:10 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) Şirvan, Salyan və Saatlıda “Payız-qış mövsümündə yanğın təhlükəsizliyi tədbirləri: yerli icra hakimiyyəti orqanları və qurumlar qarşısında duran vəzifələr” mövzusunda seminar-müşavirə keçirib.

DYNX-dan APA-ya verilən məlumata görə, seminar-müşavirələrdə Mənzil Kommunal Təsərrüfatı Birlikləri, Mənzil Kommunal İstismar Sahələri, bələdiyyə qurumları, Qaz İstismar, Enerji Təchizatı və Satışı İdarələrinin nümayəndələri, təhsil və səhiyyə işçiləri iştirak edib.

Maarifləndirici tədbirlərdə «Yanğın təhlükəsizliyi haqqında» qanunda, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamədə yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar yeri icra hakimiyyəti orqanları qarşısında duran vəzifələr açıqlanıb. Xüsusi olaraq vurğulanıb ki, elektrik, qaz təchizatı və istehlakı sahəsində təhlükəsizlik qaydalarına əməl olunması, insanların həyat və sağlamlığı üçün təhlükə yaradan və bədbəxt hadisələrlə nəticələnən, vətəndaşlara əhəmiyyətli ziyan vurulmasına səbəb olan qanun pozuntularının qarşısının alınması istiqamətində müvafiq icra strukturları və dövlət təsisatları tərəfindən təxirə salınmadan qabaqlayıcı tədbirlərin hazırlanıb həyata keçirilməsi ən prioritet məsələdir.

Seminar-müşavirələrdə maarifləndirci tədbirlərə geniş yer verilib, «Qaz təsərrüfatı: yanğın, partlayış, zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı», «Elektrik təsərrüfatı ilə bağlı yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda çıxışlar dinlənilib, «Dəm qazından ehtiyatlı olun!» adlı qısametrajlı film nümayiş etdirilib.

Əhali arasında yanğına qarşı təbliğat işində istifadə olunması üçün DYNX tərəfindən nəşr etdirilmiş qaz təsərrüfatında təhlükəsizlik qaydalarını təbliğ edən 9 adda plakat və yaddaş vərəqələri seminar-müşavirə iştirakçılarına paylanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR