Diaspor nümayəndələri Hüseyn Cavidin Ev-muzeyini ziyarət ediblər

Diaspor nümayəndələri Hüseyn Cavidin Ev-muzeyini ziyarət ediblər
# 01 noyabr 2014 16:23 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Rusiya və Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələri Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüseyn Cavidin Ev-muzeyini ziyarət ediblər. APA-nın məlumatına görə, muzeyin direktoru Gülbəniz Babaxanlı qonaqlara Hüseyn Cavidin həyat və yaradıcılığı barədə məlumat verib, onları muzeyin eksponatları və yeni nəşrləri ilə tanış edib. Muzey direktoru qeyd edib ki, son on ildə muzeydə 40-dan çox kitab işıq üzü görüb.

Diaspor nümayəndələrinə muzeyin əməkdaşları tərəfindən H.Cavid yaradıcılığından fransız dilinə tərcümə edilmiş “Məhəbbətdir ən böyük din” seçmə şeirlər və “Cavid hikməti-seçmə aforizmlər” kitabları hədiyyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR