Paşha Bank
Bank Of Baku

Ermənistanın Azərbaycana qarşı mina müharibəsi Romada fotofaktlarla nümayiş etdirilib

Ermənistanın Azərbaycana qarşı mina müharibəsi Romada fotofaktlarla nümayiş etdirilib
# 18 oktyabr 2026 19:43 (UTC +04:00)

İtaliyanın paytaxtı Romada Ermənistanın Azərbaycana qarşı mina müharibəsinin fəsadlarını əks etdirən fotoekspozisiya təşkil olunub.

APA xəbər verir ki, sərgi oktyabrın 17-də Azərbaycanın “Gilavar Foto Klubu” İctimai Birliyi tərəfindən Avropada həyata keçirilən “Minasız dünya” beynəlxalq kampaniyası çərçivəsində baş tutub.

Fotoekspozisiyanın əsas məqsədi Azərbaycanın üzləşdiyi mina problemi, minaların mülki əhali üçün yaratdığı təhlükə və bu problemin humanitar nəticələri barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaqdır.

Bildirilib ki, Ermənistanla Azərbaycan arasında müharibə başa çatsa da, işğal dövründə basdırılmış minalar insanların həyatı üçün təhlükə yaratmaqda davam edir. Mina partlayışları nəticəsində yeni qurbanların olması problemin aktuallığını bir daha gündəmə gətirir.

Qeyd edək ki, kampaniya çərçivəsində oktyabrın 5-də İsveçrənin Cenevrə, 7-də Çexiyanın Brno, 9-da Sloveniyanın Lyublyana, 11-də Bosniya və Herseqovinanın Sarayevo, 13-də Xorvatiyanın Zaqreb, 15-də isə Avstriyanın Salzburq şəhərlərində fotoekspozisiyalar keçirilib.

Xatırladaq ki, “Gilavar Foto Klubu” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondunun Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfdaşlığı ilə birgə elan etdiyi “Mina və partlamamış hərbi sursatlar probleminə dair təşəbbüslər” qrant müsabiqəsinin 2026-cı il üzrə qalibidir.

Avropada təşkil olunan silsilə fotoekspozisiyalar həmin qrant layihəsi çərçivəsində həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR