APA TV-nin verdiyi məlumata görə, bu gün Dənizkənarı Milli Parkda təşkil Novruz şənliyində Birinci Avropa Oyunları ilə bağlı xüsusi guşələr yaradılıb. Prezident İlham Əliyevə ilk online bilet təqdim olunub.
Qeyd edək ki, şəhərin bütün kassalarından və online şəkildə əldə oluancaq biletləri şəxsiyyəti təsdiq edən sənədləri olan 18 yaş və ondan yuxarı şəxslərin himayəsində etibarlı biletləri olan uşaqlar və yaşı 16-dan az olan yeniyetmələr əksər yarış məkanlarına pulsuz giriş əldə edəcəklər.
Lakin Heydər Əliyev adına idman arenasında və Milli Gimnastika arenasında keçirilən yarışlar istisna təşkil edəcək. Burada 16 yaşından kiçiklər üçün biletlər sadəcə 1 manat olacaq.
Açılış və bağlanış mərasimlərində bütün yaş qruplarından olan azarkeşlər üçün qiymətlər fərqli və əlverişli olacaq. Açılış mərasiminə biletlərin qiyməti 20 manat, bağlanış mərasiminə isə 10 manatdan başlayacaq.
“Bakı-2015”in biletləri satışda: İlk bileti prezident İlham Əliyev aldı - VİDEO
19 mart 2015 14:33 (UTC +04:00)
Olimpiada
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
03:14
28 aprel 2024
Yunanıstanda Paris Olimpiya Oyunlarının məşəli alovlandırılıb
16:00
16 aprel 2024
Makron: Olimpiya Oyunlarının açılış mərasiminin təhlükəsizliyi ilə bağlı hətta "C planı" var
12:31
15 aprel 2024
Azərbaycan Güləş Federasiyası İtaliya idmançısının rüşvətlə bağlı ittihamlarına cavab verib
20:08
12 aprel 2024