Salyan sakini qayınatasını bıçaqlayıb, qayınanasına isə bellə xəsarət yetirib

Salyan sakini qayınatasını bıçaqlayıb, qayınanasına isə bellə xəsarət yetirib
# 22 sentyabr 2015 17:25 (UTC +04:00)

Salyan Rayon Polis Şöbəsindən APA-nın bölgə müxbirinə verilən məlumata görə, hadisə rayonun Həsənli kəndində qeydə alınıb. Kənd sakini Vaqif Sahib oğlu Cəfərov bir müddət əvvəl qeyri-rəsmi nigahda olduğu yoldaşıını döyərək, ağır xəsarətlər yetirib. Hadisə ilə bağlı polis şöbəsində şikayət edilib.

Bundan qəzəblənən Vaqif Cəfərov qayınatasıgilə gələrək mübahisə edib. Mübahisə zəminində o, qayınatası 1952-ci il təvəllüdlü Tahir Gülməmməd oğlu Adıgözəlova bıçaqla, qayınanasına isə həyətdəki bellə xəsarət yetirib. Yaralılar Salyan rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktala bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR