Lənkəranda qəribə heyvan skeleti tapılıb - FOTOSESSİYA - VİDEO

Lənkəranda qəribə heyvan skeleti tapılıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 15 dekabr 2014 14:01 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran rayonunun Göyşaban kəndi ərazisində, Xəzər dənizinin sahilində qəribə heyvan skeleti tapılıb. APA-nın cənub bürosunun məlumatına görə, yerli sakinlər tərəfindən aşkarlanan skeletin uzunluğu təxminən 1,30 metrdir.

Skelet yırtıcı dişləri olan kəllədən, boyun fəqərələrinə bitişik qabırğa və onurğadan, həmçinin aşağı ətraf sümüklərindən ibarətdir.

Yerli sakinlər ərazidə iki ayağı və yırtıcı dişləri olan belə bir heyvana birinci dəfə rast gəldiklərini bildiriblər. Naməlum heyvan Azərbaycan ərazisində nadir hallarda rast gəlinən çupakabraya bənzəsə də, bu skeletin yuxarı hissəsində onun dördayaqlı olduğuna dəlalət edən hər hansı sümük çıxıntıları müşahidə olunmur.

Naməlum tapıntının aşkarlandığı əraziyə baxış keçirən Lənkəran Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri də belə bir halla ilk dəfə rastlaşdıqlarını deyiblər.

Mütəxəssislər bildiriblər ki, bu tapıntı dəniz sahili ərazisində aşkarlansa da, dənizdə yaşayan heyvan deyil. Qəribə heyvanın cəsədinin bir müddət öncə baş verən daşqınlar nəticəsində sel suları ilə əraziyə gətirildiyi güman olunur.

Tapılan naməlum heyvan skeleti laboratoriyada ətraflı müayinə edilmək üçün Baytarlıq İdarəsi əməkdaşları tərəfindən götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR