Bakıda quldurluqda şübhəli bilinən şəxs tutulub

Bakıda quldurluqda şübhəli bilinən şəxs tutulub
# 19 sentyabr 2015 07:50 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda quldurluqda şübhəli bilinən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi 21-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 6-da axşam saatlarında Azadlıq prospektində Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Kamal Dünyamalıyevi bıçaqla hədələyərək 11 manat pulunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Asif Fərrux oğlu Baxşıyev tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR