Təhsil Nazirliyində kollegiya iclası keçirilib

Təhsil Nazirliyində kollegiya iclası keçirilib
# 06 noyabr 2014 14:40 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Noyabrın 6-da Təhsil Nazirliyində keçirilən kollegiya iclasında təhsilin inkişafı ilə bağlı müzakirələr aparılıb. APA-nın "AzərTAc"a istinadən verdiyi xəbərə görə, iclasda təhsil naziri Mikayıl Cabbarov ölkədə təhsil sahəsində həyata keçirilən islahatlardan, bu sahədə qazanılan uğurlardan danışıb. O bildirib ki, nazirlik tərəfindən təhsilin inkişafı üzrə mühüm layihələr və tədbirlər reallaşdırılır. Müəllim fəaliyyətinin səmərəliliyini yüksəltmək məqsədilə ilk dəfə olaraq Bakı şəhərindəki məktəblərin müəllimlərinin sınaq qiymətləndirilməsi keçirilib. Ümumtəhsil və peşə liseylərinə müəllimlərin işə qəbulunda yeni mexanizmin tətbiqində şəffaflıq təmin olunub.

M. Cabbarov bu il ilk dəfə olaraq Azərbaycanda 271 adda 7,8 milyon nüsxə dərslik və müəllim üçün vəsaitin çap olunduğunu, II, III, VI və VII siniflər üçün 25 adda elektron dərsliklərin hazırlanaraq müvafiq portalda yerləşdirildiyini də diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR