ABŞ-da Senat üzvü korrupsiyada şübhəli bilinir

ABŞ-da Senat üzvü korrupsiyada şübhəli bilinir
# 06 mart 2015 20:53 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Ədliyyə nazirliyi Nyu-Cersi ştatını təmsil edən Demokrat partiyasının üzvü, senator Robert Menendesə qarşı cinayət işi açmaq niyyətindədir.

APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, korrupsiyada şübhəli bilinən senatora yaxın vaxtlarda ittihamın irəli sürüləcəyi gözlənilir.

Qeyd olunur ki, Menendesin nümayəndələri məlumatı şərh etməkdən boyun qaçırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR