SOCAR neft hasilatını 3%-dən çox azaldıb

SOCAR neft hasilatını 3%-dən çox azaldıb
# 23 aprel 2015 09:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin mart ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 717.2 min ton neft hasil edilib.

APA-Economics”in SOCAR-ın statistik rəqəmlərinə istinadən verdiyi məlumata görə, bu, 2014-cü ilin mart ayı ilə müqayisədə 3,3% azdır. Bu ilin fevral ayı ilə müqayisədə isə SOCAR neft hasilatını 11,7% çoxdur.

Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 712,3 min ton, fevral ayında isə 641,9 min ton neft hasil edilib

Bu ilin yanvar-mart aylarında ümumilikdə 2 071,4 min ton neft hasil edilib ki, bu da 2014-cü ilin ilk üç ayı ilə müqayisədə 1,77% azdır.

Bu ilin mart ayı ərzində ölkə üzrə 3 722,1 min ton neft hasil edilib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 2,75 çoxdur. Bu ilin fevral ayı ilə müqayisədə isə bu rəqəm 13,0% çoxdur.

Qeyd edək ki, bu ilin yanvar ayında ölkə üzrə 3 667,6 min ton, fevral ayında isə 3 293,0 min ton neft hasil edilib

Bu ilin yanvar-mart aylarında ölkə üzrə ümumilikdə 10 682,7 min ton neft hasil edilib ki, bu da 2014-cü ilin ilk üç ayı ilə müqayisədə 1,85% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR