Prezident İlham Əliyev Eduard Şevardnadzenin oğluna başsağlığı verib

 Prezident İlham Əliyev Eduard Şevardnadzenin oğluna başsağlığı verib
# 07 iyul 2014 16:14 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadzenin vəfatı ilə bağlı onun oğlu Paata Şevardnadzeyə başsağlığı verib.

APA-nın xəbərinə görə, dövlət başçısı İlham Əliyevin başsağlığı məktubunda deyilir: “Sizin atanız, Azərbaycan xalqının böyük dostu Eduard Amvrosiyeviç Şevardnadzenin vəfat etməsi xəbəri məni dərindən sarsıtdı.

Bütün dünyada haqlı hörmət və böyük nüfuz qazanmış görkəmli dövlət xadimi, bütün gücünü qardaş Gürcüstana fədakarcasına xidmətə həsr etmiş gözəl insan dünyasını dəyişib.

Xalqlarımızın iki dahi oğlunun – Heydər Əliyevin və Eduard Şevardnadzenin böyük dostluğu bizim xatirimizdə həmişəlik qalacaq.

Sizin və bütün ailəniz üçün bu ağır anda öz adımdan və bütün ailəmiz adından Sizə dərin hüznlə başsağlığı verir və kədərinizi bölüşürük. Bu ağır və əvəzsiz itki ilə əlaqədar kədərinizə və dərdinizə ürəkdən şərik oluruq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR