Azərbaycanın xarici ticarət əməliyyatlarının müsbət saldosu 8% artıb

Azərbaycanın xarici ticarət əməliyyatlarının müsbət saldosu 8% artıb
# 15 oktyabr 2014 08:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 23 878 861,11 min ABŞ dolları təşkil edib.

APA-Economics”in Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrünə nisbətən 8,6% azdır.

Bu ilin 9 ayı ərzində idxal əməliyyatları 6 522 036,58 min dollar olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 19,16% azdır.

Belə ki, yanvar-sentyabr aylarında ölkənin ixrac əməliyyatları üzrə 17 356 824,53 min dollar olub ki, bu ötən ilin müvafiq dövrünə nisbətən 3,88% azdır.

Nəticədə 10 834 787,95 min dollar müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,46% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR