İraqda 61 “İŞİD” silahlısı məhv edilib - VİDEO

İraqda 61 “İŞİD” silahlısı məhv edilib - <span style="color: red;">VİDEO
# 11 oktyabr 2014 08:58 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Beynəlxaq koalisiyanın aviazərbələri və İraq ordusunun hücumları nəticəsində İraqın qərbində və şimalında 61 “İŞİD” silahlısı məhv edilib. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İraq ordusunun rəsmi nümayəndələri bildirib.

“Əl-Cəzirə və Əl-Badiyə əməliyyatları” korpusunun komandiri, general Ziya Kazım İraq ordusuna məxsus hərbi təyyarələrin ölkənin qərbində yerləşən Əl-Ənbar vilayətində “İŞİD”in avtomobil və hərbi texnika karvanına qarşı bombardmanında təxminən 30 terrorçunun öldürüldüyünü bildirib. General karvanda 20 avtomobil, 2 tank və 2 ədəd yanacaq daşıyan maşın olduğunu söyləyib.

“Ənbar Əməliyyatı” korpusunun komandiri Rəşid Felih də Ənbarın şimalında hərbçilərə hücum edən 20 “İŞİD” terrorçusunun məhv edildiyini deyib.

Şimaldakı kürd peşmərgə qüvvələrinin kapitanı Şirzad Zahuli isə beynəlxalq koalisiyaya aid döyüş təyyarələrinin Mosulun 55 kilometr şimalında və Zimmar nahiyəsində “İŞİD” qüvvələrinə qarşı aviazərbələr endirdiyini və nəticədə 11 silahlının öldürüldüyünü açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR