Antonius Bruk: “BMT qadınlara qarşı zorakılıqla mübarizədə Azərbaycana yardım etməyə hazırdır”

Antonius Bruk: “BMT qadınlara qarşı zorakılıqla mübarizədə Azərbaycana yardım etməyə hazırdır”
# 25 noyabr 2014 08:44 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. "BMT Azərbaycan hökumətinə qadınlara qarşı zorakılıqla mübarizədə yardım etməyə hazırdır".


APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən “Qadınlara səlahiyyət, Cəmiyyətə tərəqqi” adlı konfransda BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Antonius Bruk deyib.


Onun sözlərinə görə, qadınlara qarşı zorakılığın nə siyasi, nə təhsil, nə dini, nə milli cəhətləri və əlamətləri var: "Qadınlar gender bərabərliyi və digər zorakılıqlara məruz qalırlar. Qadınları bütün dünyada qorumaq və zorakılıq hallarını aradan qaldırmaq olduqca vacibdir. Məişət zorakılığı nəticəsində hər həftə bir qadın dünyasını dəyişir. Qadınları müdafiə etmək üçün Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək, bunun qarşısını almağa çalışır. Zorakılığın aradan qaldırılması əsas məqsədlərdəndir. Cəmiyyətin bütün üzvləri bu prosesə cəlb olunmalı, müvafiq cavab tədbirləri görülməsi üçün hər kəs səfərbər olmalıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR