Romada Azərbaycan Mədəniyyət günü keçirilib - FOTO

Romada Azərbaycan Mədəniyyət günü keçirilib - <span style="color: red;">FOTO
# 23 aprel 2013 09:47 (UTC +04:00)

Bakı-APA. Avropanın ən qədim və böyük universitetlərindən biri olan La Sapienza Universitetində Azərbaycan mədəniyyət gecəsi kecirilib. ASAIF-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir Azərbaycan - İtaliya Gənclər Assosiyası və Tevere İnstitutu ilə birgə keçirilib. Tədbirə Türkiyə Cümhuriyyətinin Vatikandakı səfiri Kenan Gürsoy və xanımı Belkis Gursoy, professorlar və tələbələr qatılıblar.

Tədbirdə ilk olaraq Sapienza Universitetinin professoru Antonello Biagini çıxış edərək Azərbaycan və İtaliya arasında əlaqələrin əhəmiyyətindən danışıb. Daha sonra isə professor Fabio Grassi Azərbaycanın özünəməxsus qədim tarix və mədəniyyətə malik olduğunu qeyd edib. Bundan əlavə, azərbaycanlıların indiki Azərbaycan ərazisindən daha geniş əhatə dairəsi olduğunu bildirdi və bu sahədə Azərbaycan diasporası və QHT-lərin xüsusi rolu olduğunu vurğulanıb.

Daha sonra isə “La Repubblica democratica dell'Azerbaijan (1918-1920) i documenti militari italiani” kitabının müəllifləri Daniel Pommier və Andrea Carteny cıxış edərək Azərbaycanın zəngin mədəniyyəti haqqında məlumat veriblər.

Bununla yanaşı, Azərbaycan - İtaliya Gənclər Assosiyasının üzvü və ASAIF-in İtaliyadakı təmsilçisi Leyla Abışova çıxış edərək Azərbaycan - İtaliya Gənclər Assosiyası haqqında və ASAIF-in Romada keçirilən forumu haqqında məlumat verib.

Sonda isə Tevere İnstitutunun direktoru Dott.Cenab Aydın çıxış edərək mədəniyyətlər arasında dialoqun əhəmiyyətini vurğulanıb və hamını mədəniyyətlər və cəmiyyətlər arasında körpü qurmağa dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR