Azərbaycan Milli Məclisi dekabrın 28-də tətilə çıxır

Azərbaycan Milli Məclisi dekabrın 28-də tətilə çıxır
# 24 dekabr 2012 08:37 (UTC +04:00)

Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib. Payız sessiyasının sonuncu iclasından sonra parlament tətilə çıxacaq. Milli Məclisin yaz sessiyası isə fevralın 1-də başlayacaq.

A. Təvəkküloğlunun sözlərinə görə, hələlik iclasın gündəliyi təsdiqlənməyib.

Qeyd edək ki, hər il olduğu kimi, bu il də son iclasda Milli Məclisin 31 Dekabr - Dünya azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibəti ilə Azərbaycan xalqına təbriki də nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR